Məhkəmə AMAY rəhbərinin şikayətini rədd etdi-Apelyasiya

18 Sentyabr 2014 14:45 (UTC+04:00)

Abdulla Abdullayevin vəkili Əkbər Bağırovun AzNews.az-a verdiyi məlumata görə, məhkəmə prosesi bu gün baş tutub: "Bu gün Abdulla Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Apelyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının müvəkkilimlə bağlı çıxardığı qərarı qüvvədə saxladı. Yəni onun barəsində çıxarılmış 3 aylıq həbs qətimkan tədbiri qüvvədə qaldı".

Vəkil məhkəmənin qərarından şikayət verməyəcəklərini bildirib: "Qanunvericiliyin tələblərinə görə, Apelyasiya Məhkəməsinin qərarı qəti qərar hesab olunur. Lakin istintaqın gedişindən asılı olaraq şikayət və vəsatət də verəcəyik".

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Gültəkin ƏLƏSGƏR