iPhone 6-nın ilk sahibləri onlar olacaq - FOTO

18 Sentyabr 2014 15:26 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyadan olan dörd gənc iPhone 6-nın ilk sahibləri olacaq.

Onlar yeni iPhone modelini əldə etmək üçün artıq, 10 gündür gözləyirlər.

Yeni modelin satışına cümə günü başlanacaq. Saat fərqinə görə iPhone 6-nı ilk dəfə Avstraliyalılar əldə edə biləcək.
Telefonu ilk almaq istəyənlər artıq, Sidneydəki "Apple Store" qarşısında növbə gözləyirlər.




Xəyalə Mahmudova
AzNews.az