Ruslarla italyanlar arasında qarşıdurma

18 Sentyabr 2014 17:53 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, qarşılaşmanın 71-ci dəqiqəsində Moskva təmsilçisinin fanatları "Roma"nın azarkeşləri yerləşdiyi tribunaya yanan maddələr atmağa başlayıb.

Bununla kifayətlənməyən ruslar rəqib tribunaya basqın etmək istəyiblər. Lakin polisin müdaxiləsindən sonra qarşıdurmanın böyüməsinin qarşısı alınıb.

Stadionda quraşdırılmış videokameralar vasitəsi ilə hadisələri təşkil edən azarkeş tapılıb.

Yerli polis münaqişəni törədən digər şəxsləri də eyni üsulla tapacağına ümid edir.

Qeyd edək ki, "Roma" - MOİK görüşü 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

AzNews.az