Şotlandiya müstəqilliyə “yox” dedi - Referendum

19 Sentyabr 2014 08:14 (UTC+04:00)


AzNews.az bbc.com-a istinadən xəbər verir ki, Şotlandiya əhalisinin əksəriyyəti müstəqilliyə "yox" deyiblər. İlkin nəticələrə görə Böyük Britaniyanın tərkibində qalmaq istəyənlər 54 %, müstəqilliyi seçənlər isə 46 % təşkil edib. BBC-nin yaydığı məlumata görə referendumun son nəticəsində ciddi dəyişiklik olmayacaq.

Müstəqilliyə "yox" deyənlər 55 %, "hə" deyənlər isə 45 % təşkil edəcək. Şotlandiyanın Qlazqo şəhərində Briyaniyadan ayrılmaq istəyən seçicilərin sayı digər bölgələrə nisbətən üstünlük təşkil edib. Şotlandiyanın ilk naziri, müstəqillik tərəfdarı Aleks Salmondun bir neçə saatdan sonra Edinburqdakı qərargahından rəsmi bəyanatla çıxışı gözlənilir.

Xəyalə Mahmudova