Poroşenko nüfuzlu mükafata layiq görüldü – VİDEO

19 Sentyabr 2014 08:19 (UTC+04:00)


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Atlantik Şurasının beynəlxalq ekspertləri önündə çıxış edərkən P.Poroşenko bu mükafatı azadlıq və demokratiya uğrunda mübarizədə canını qurban verənlərə həsr etdiyini bildirib.

Ukrayna prezidenti qeyd edib ki, indi ABŞ-ın dəstəyi Ukraynaya üçün həyati vacibdir: "Ukrayna təhlükədədir. Bizim düşmənimiz güclüdür və yaxşı hazırlıqlıdır. Lakin, sizin dəstəyinizlə biz bu döyüşdə qələbə qazanacağıq. Çünki, həqiqət bizim tərəfdədir.Suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmək və qorumaq üçün bizə əməkdaşlarımızın konsolidasiya edilmiş dəstəyi lazımdır".

Çıxış zamanı P.Poroşenko "ABŞ Atlantik Şurası"nın üzvlərinin suallarını da cavablandırıb.

Xatırladaq ki, Ukrayna prezidenti Petr Poroşenko ABŞ-da rəsmi səfərdədir.



Aydan Axundova
AzNews.az