Bulvarda qanlı olay: 18 yaşlı oğlanın boğazını kəsdilər

19 Sentyabr 2014 09:36 (UTC+04:00)
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əliyev Çingiz Əyyub oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Onun boğazında daxilə nüfuz edən ağır kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb və yaralı reanimasiyaya yerləşdirilib. Ç.Əliyevi dindirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, daha əvvəl hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, sonradan 18 yaşlı oğlanın Dənizkənarı Milli Park ərazisində, Saat qülləsinin yaxınlığında bıçaqlandığı məlum olub. Hazırda hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi və olayın səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.