İran və Rusiya dollardan imtina etdi

15 Sentyabr 2012 10:15 (UTC+04:00)
İran və Rusiya ikitərəfli ticarətdə dollardan imtina edib. Bu barədə məlumatı "Fars" xəbər agentliyi İranın Rusiyadakı səfiri Seyid Rza Səccadiyə istinadən yayıb.

Safir bildirib ki, dolların rubl və rialla əvəzlənməsi barədə razılaşma iki ölkə prezidentinin Astanada keçirilən görüşü zamanı əldə edilib: "Biz bu qərar əsasında hərəkət etdik və bizim ticarətimizin müəyyən hissəsi rubla həyata keçirilir" deyə səfir vurğulayıb.

Rusiyanını İrana qarşı sanksiyalara qarşı çıxdığını xatırladan səfir bu dəstəkdən razı qaldıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, İran Hindistan, Çin və Yaponiya ilə ticarətdə da alternativ valyutadan istifadəyə başlayıb.

Alpər
AzNews.az