Bakıda uşaq yeməyindən qurd çıxdı

19 Sentyabr 2014 12:04 (UTC+04:00)


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Facebookda jurnalist Nicat İntiqam məlumat yayıb. Məlumatda jurnalist qeyd edir ki, uşaqları üçün aldığı yarmadan qurd çıxıb:

"Şokdayam. Uzun illərdir sosial sahədən yazan jurnalist kimi keyfiyyətsiz qidalar mövzusunda məqalələr yazıram. Amma bu dəfə gördüklərimdən doğrudan da dəhşətə gəldim. "Favorit" marketdən uşaqlar üçün yarma ("mannı") almışıq. İçindən qurd və həşəratlar çıxıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdim, aktlaşdırıb götürdülər".