Medvedyevdən Ukrayna mallarına gömrük rüsumu - Sərəncam

19 Sentyabr 2014 13:24 (UTC+04:00)

Aznews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Soçi -2014 forumunun plenar iclasında baş nazir özü məlumat verib. Sərəncam ərzaq, istehlak və emal sənayesi məhsullarını əhatə edir.

D. Medvedyev bildirib ki, Ukrayna qaydaları pozub, 1 yanvar 2016-cı ildən əvvəl Avropa İttifaqı ilə razılaşmanın iqtisadi hissəsini imzalasa, sərəncamda göstərildiyi kimi gömrük rüsumu tətbiqinə başlanılacaq.

"Biz bazarımıza zərər verəcək razılaşmaların vaxtından tez həyata keçirilməsinə icazə verə bilmərik" – deyə D. Medvedyev çıxışında bildirib.

Qeyd edək ki, 12 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya və Avropa İttifaqı nümayəndələri arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə Avropa Birliyi ilə Ukrayna arasında Sərbəst Ticarət Sazişi təxirə salınmışdı.

Xəyalə Mahmudova
AzNews.az