Azərbaycan liderdir
15 Sentyabr 2012 10:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gün qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsi çərçivəsində Bakı İdman Sarayında növbəti oyunlar keçiriləcək. Qrupda vahid lider olan Azərbaycan yığması bu gün autsayder Avstriya ilə meydana çıxacaq.
Qrupun digər oyununda isə Belarus Finlandiya ilə qarşılaşacaq.
15 sentyabr
16:00. Belarus – Finlandiya
Hakimlər: Katarjina Sokol (Polşa), Viktor Kozlovski (Ukrayna)
18:30. Avstriya – Azərbaycan
Hakimlər: Nurper Özbar (Türkiyə), Tiit Köiv (Estoniya)
AzNews.az