Gəncədə 13 yaşlı qız ikinci mərtəbədən yıxılıb

19 Sentyabr 2014 14:10 (UTC+04:00)


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Atatürk prospekti bina 273-də yaşayan, 2001-ci il təvəllüdlü Tahirə Musayeva kəllə-beyin travması ilə xəstəxanaya gətirilib. Dərhal tibbi yardım edilən 13 yaşlı qızın vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, T. Musayeva yaşadığı binanın ikinci mərtəbəsinin eyvanında ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

AzNews.az