Prezident BP-nin rəhbər şəxslərini “Dostluq“ ordeni ilə təltif etdi

19 Sentyabr 2014 17:29 (UTC+04:00)

Sərəncamda qeyd olunur ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kuk "Dostluq" ordeni ilə təltif edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Yanq Birrell də "Dostluq" ordeni ilə təltif edilib.


AzNews.az