Sənubər Bağırova: “Gördüyüm işlərin qarşılığında bu ad heç nədir!”

15 Sentyabr 2012 10:46 (UTC+04:00)


"Xəbəri eşitdim və bilmirəm nədənsə adi qarşıladım. Hər şeyin bir vaxtı var. Sənət adamı fəxri adı vaxtında alanda ləzzət edir. Hiss edirsən ki, bu sənin zəhmətinin bəhrəsidir. Amma vaxtında verilməyən ad təəccübdən savayı bir şey doğurmur".

Bunu açıqlamasında Azərbaycanın YUNESKO təmsilçisi, dünən "Əməkdar İncəsənət Xadimi" adını alan Sənubər Bağırova AzNews.az-a bildirdi. S.Bağırovanın sözlərinə görə, onun Azərbaycan mədəniyyətinin və incəsənətinin xarici ölkələrdə təbliğində böyük xidmətləri olub: "Mən o qədər işlər görmüşəm ki, verilən ad onun qarşılığında heç nədir. Amma yenə də sağ olsunlar".

Bahar
AzNews.az