Rusiyanın iki SU-24 hərbi təyyarəsi İsveçin hava məkanına daxil oldu

19 Sentyabr 2014 19:51 (UTC+04:00)


Ancaq daha sonra Xarici Deportametin başçısı, nazir Karl Bildt bu məsələyə münasibətini həm Twitter hesabında açıqlayarkən, həm də jurnalistlərə müsahibə verərkən bunları deyib:

"Biz bu barədə həm üzvü olduğumuz AB-ni, həm də NATO-nu məlumatlandırmışıq".

Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Departamentinə çağırılaraq, ona İsveç dövlətinin rəsmi notası çatdırılıb.

NATO ekspertləri bildirirlər ki, Rusiyanın istehsal etdiyi SU-24 qırıcı təyyarələri əvvəllər Əfqanıstanda, Cənubi Osetiyada və Çeçenistanda bombardman məqsədi ilə istifadə olunub.

Rusiya hərbi təyyarələrinin İsveçin hava məkanını pozması barədə məlumatlar bir qədər sonra bu ölkənin Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

Musavat.com