Novruz Məmmədov “Washington Post”u tənqid etdi - FOTO

20 Sentyabr 2014 07:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, o, bu barədə özünün twitter səhifəsində yazıb.

Belə ki, şöbə müdiri "bəzi Modest Kolerov kimi, özünü siyasətçi sayanlar provokasiya niyyətli fikirləri ilə reytinq qazanmağı peşə hesab edirlər" - deyə siyasətçini qınayıb.

N.Məmmədov "Washington Post" qəzetini də Qeyri-obyektivlikdə suçlayıb. "Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu demokratiyadır? Azərbaycanın harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları" görəsən, "Washington Post" kimdən alır?"- deyə N. Məmmədov sual edib.



Gültəkin ƏLƏSGƏR