Bakıda ər keçmiş həyat yoldaşını bıçaqladı

20 Sentyabr 2014 08:53 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ceyhun Məmmədov mübahisə zəminində keçmiş həyat yoldaşı Rəsmiyyə Məmmədovaya bıçaq xəsarəti yetirib.

C.Məmmədov Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.