2 “qanuni oğru” saxlanıldı - FOTO

20 Sentyabr 2014 09:37 (UTC+04:00)


AzNews.az xəbər verir ki, axtarış zamanı İlo Kalininqradskinin üzərindən 3.5 q heroin aşkarlanıb. Bu isə 10 ilə qədər azadlıqdan məhrum etməyə bərabər miqdardır. Asatyanlar klanının kiçik üzvü Sergey Asatyan isə yanında başqa bir "qanuni oğru" olduğuna görə qanunla toqquşmadan yayına bilib.

Bütövlükdə, Moskvada "qanuni oğru"ların "təmizlənməsi" davam edir. Yarım ildən az müddətdə 5 "qanuni oğru" həbs edilib. Onlardan ikisi İlqar Əliyev və Qudja Jemçujnıy müvafiq olaraq 4 və 3 il azadlıqdan məhrum ediliblər. Bu kampaniyadan üçüncü "qanuni oğru"su müvəqqəti olaraq titulsuz qalıb. Edik Tbilisskiyə qarşı analoji tədbir isə uğursuz olub. "Qanuni oğru"lardan Vaqif dünən məhkəmənin qərarı ilə ev məhkumluğuna keçirilib.




Aydan
AzNews.az