Nərimanov rayonunda daha bir məktəbin açılışı oldu -FOTO

15 Sentyabr 2012 11:02 (UTC+04:00)
Sentyabrın 15-də Nərimanov rayonunda daha bir təhsil ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. 207 saylı tam orta məktəbin şagird və müəllim kollektivi Bilik gününü tamamilə yeniləşmiş müəssisədə qarşılayıblar.

Məktəbin əsaslı təmirdən sonra keçirilən açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərəzliyev, Nərimanov rayon 20 saylı seçki dairəsindən millət vəkili seçilən Adil Əliyev, Milli Məclisin üzvü Rasim Musabəyov, çoxsaylı qonaqlar və valideynlər iştirak edib.

Qonaqlar məktəbdə şagirdlərin təhsili üçün yaradılan şəraitlə tanış olaraq burada əlverişli təhsil mühitinin yaradılmasından razılıqlarını ifadə ediblər. Çıxışlarda dövlət təhsil siyasətinin uğurları, həyata keçirilən layihələr və əldə edilən uğurlara xüsusi diqqət yetirilib.

E.Əlosmanqızı
Foto: Mahir Hüseynbəyli
AzNews.az