Hərbçi qadın oğluna görə protokol qaydalarını pozdu

20 Sentyabr 2014 18:09 (UTC+04:00)


Axar.az xəbər verir ki, hərbi xidmətdə olan ana ilə oğlunun görüşməsi duyğu dolu anlara səbəb olub.

Belə ki, 9 aydır Əfqanıstanda əsgərlik çəkən Katrin adlı qadın ölkəsinə dönüb. Əsgərlərin qarşılanma tədbirində anasını görən 3 yaşlı uşaq daha artıq dözə bilməyib onun üstünə qaçıb. Ana oğlunun bu vəziyyətini görəndə protokol qaydalarını nəzərə almadan 3 yaşlı oğluna sarılıb qucağına qaldırıb.

Qeyd edək ki, protokol qaydalarına görə, qarşılanma tədbirində əvvəlcədən hazırlanmış qaydanı pozmaq qadağandır.

AzNews.az