Saakaşvili facebook-da şəkil paylaşıb bunları yazdı

20 Sentyabr 2014 18:26 (UTC+04:00)


Saakaşvili Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukoviçin evinin şəkillərini paylaşaraq yazıb ki, "kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukoviçin evinə baxsın".

Hazırda ABŞ-da olan Saakaşvili sözlərinə belə davam edib: "Mən ev tikdim – Gürcüstanı və onlar buna həbs qoydular".

Qeyd edək ki, Tiflis şəhər məhkəməsi Saakaşvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.

ANS PRESS