Bakıda istehsalat sexində yanğın baş verdi

22 Sentyabr 2014 07:09 (UTC+04:00)


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.

Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Xəsarət alan olmayıb.

Fakt üzrə Penitensiar Xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.