Ermənistanda 40 ömürlük məhbus müddətsiz aclıq elan etdi

22 Sentyabr 2014 14:51 (UTC+04:00)

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Tert.am" agentliyinə "Erməni günahsızlıq proqramı" təşkilatının sədri Zarui Meclumyan bildirib.

O, qeyd edib ki, məhkumlar öz etiraz aksiyaları ilə 2011-ci il mayın 25-də Ermənistan Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq həbs qətimkan tədbirinə yenidən baxılmasını istəyirlər: "Bu, iyulda elan edilən aclıq aksiyasının davamıdır. Həmin vaxt Ədliyyə Nazirliyi məhkumları bir ay ərzində zəruri addımların atılacağına inandırmışdı".

Xanım Z.Meclumyanın sözlərinə görə, o zaman danışıqlar aparıldıqdan sonra məhbuslar aclığı dayandırmışdılar.