Alim Qasımov Almaniyada konsert verdi

23 Sentyabr 2014 09:39 (UTC+04:00)


Bu barədə AzNews.az-a Alim Qasımov özü məlumat verib. O, bildirib ki, Almaniyada böyük bir konsert proqramı ilə çıxış edib: "Almaniyadan dünən qayıtmışıq. Möhtəşəm bir konsert layihəmiz oldu. Tamaşaçılar çox razı qaldılar. Konsertdə mənimlə birlikdə qızım, əməkdar artist Fərqanə Qasımova və ansambılımız iştirak edirdi. Biz bu konsertdə Azərbaycan muğamlarından və xalq mahnılarından ifalar səsləndirdik".

Bahar RÜSTƏMLİ
AzNews.az