Putin əleyhinə “Milyonların marşı”

15 Sentyabr 2012 13:41 (UTC+04:00)


Moskvada Putin əleyhinə aksiyaların keçirlir. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, " Milyonların marşı" adlanan aksiya Moskva bulvarında təşkil olunub.

Saytın yazdığına görə, aksiya icazəldir və saat 13:00-dan 22:00- qədər davam edəcək. Aksiyada beş minə yaxın insanın iştirak etdiyi bildirilir. Verilən məlumata görə aksiyaçılar arasında Aleksey Navalin, Boris Nemçov, İlya Yaşin və digər məşhurlar var. Bundan əlavə aksiyaya "Pussy Riot" tərəfdarlarının da qoşulduğu deyilir.

Xatırladaq ki, bu, eyni adlı aksiyalardan üçüncüsüdür. Bundan əvvəlki aksiyalar may ayının 6 –da və iyunun 12- də keçirilmişdi. Həmin aksiyalar zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanmış, 17 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilmişdi.

Sadiq
AzNews.az