Neftçinin rəqibləri üçün məsuliyyət

15 Sentyabr 2012 13:43 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gün futbol üzrə Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçiriləcək. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Neftçi"nin rəqibləri - "Rubin"lə "Partizan" da növbəti oyunlarına çıxacaqlar.

"Rubin" 8-ci turun oyunları çərçivəsində Moskva "Lokomotiv"i ilə səfərdə qarşılaşacaq. Bu oyunda kazanlılar ən azı bir xal qazanmağı planlaşdırır. Kurban Berdıyevin rəhbərliyi altında meydana çıxacaq "Rubin" yeddi oyundan sonra 12 xalla 7-ci pillədədir.

"Partizan" isə 5-ci tur çərçivəsində "Hajduk"u qəbul edəcək. Belqrad klubu 4 turdan sonra 9 xalla ikinci pillədə mövqeyini bərkitməyə çalışacaq.

AzNews.az