Elmar Məmmədyarov həmkarlarına Qarabağdan danışdı

23 Sentyabr 2014 21:27 (UTC+04:00)


Azərbaycan XİN mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, argentinalı nazir beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Azərbaycan XİN rəhbəri Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az