Tanınmış müğənni içib küçələrdə qaldı

15 Sentyabr 2012 16:21 (UTC+04:00)
Dünən gecə Kənan Doğulu 3 min tamaşaçı qarşısına möhtəşəm konsert proqramı ilə çıxış edib. Kənanla eyni səhnəni bölüşən qardaşı Ozan Doğulu və səhnə arxasında nişanlısı, məşhur aktrisa Beren Saat müğənniyə dəstək olub.

Konsertin sonuna kimi hər şey çox gözəl keçib. Ancaq bununla gecəyə son qoymayan cütlük konsertdən sonra əyləncə mərkəzlərindən birinə gedərək, gec saatlara kimi burda əyləniblər.

Səhərə yaxın klubdan ayrılan Kenan və Beren evlərinə getmək istəyib. Sərxoş olan Kenan Doğulu maşından düşəndə yerə yıxılıb. Bir müddət yerdə yıxılmış vəziyyətdə qalan müğənni sürücünün və Berenin köməyi ilə evə aparılıb.

Əminə
AzNews.az