“Binə” Ticarət Mərkəzində kütləvi zəhərlənmə

16 Sentyabr 2012 13:47 (UTC+04:00)
Redaksiyaya daxil olan məlumata görə bu dəqiqələrdə Bakının demək olar ki, bütün təcili yardım stansiyalarinın maşınları "Binə" Ticarət Mərkəzinə axışır. 80- dək insanın zəhərlənməsi bildirilir.

Hadisəyə səbəb "Binə" Ticarət Mərkəzində axşamdan işıqların söndürülməsi və generatorlardan sızan zəhərli qazlardır. Məkanın qapalı olması və ventilyasiya sisteminin lazımi səviyyədə olmaması kütləvi zəhərlənməyə gətirib çəxarmışdır.

S.Xasmamedov
AzNews.az