Sumqayıtda avtomobil aşdı - 1 ölü

25 Sentyabr 2014 11:33 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fərzəli Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobili aşırıb. Qəza nəticəsində F.Əliyevin sərnişini - arvadı Gülurə hadisə yerində ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.