Güclü külək Cəlilabadı işıqsız qoydu

25 Sentyabr 2014 15:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, rayonun əsasən enerji təsərrüfatına ziyan dəyib. Belə ki, küləyin təsirindən işıq dirəkləri aşdığı üçün bir çox kəndlərə, o cümlədən Muğan, Maşlıq və Söyüdlü kəndlərinə verilən elektrik enerjisi dünən axşamdan kəsilib.

Aidiyyəti orqanlar fəsadları aradan qaldırmağa çalışır.

Vasif Əlihüseyn