Orta məktəb şagirdi intihar etdi

17 Sentyabr 2012 08:04 (UTC+04:00)


Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Xəzər Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, dünən intihar faktı Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb.

2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O orta məktəbdə oxuyurdu. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az