Amerika əsgərlərini əfqan polisi öldürürmüş

17 Sentyabr 2012 08:36 (UTC+04:00)
AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstanda öldürülən əsgərlərin dördü də amerikalı olub.

Verilən məlumata görə, hərbiçilərə hücum Əfqan xüsusi xidmət orqanları və polis əməkdaşları tərəfindən təşkil olunub. Əfqanıstanda xidmət aparan sülhməramlı kontingentin rəhbərliyi mövcud vəziyyətdən artıq narahatlıq keçirməyə başlayıb.

Çünki əksər hallarda əfqan polis əməkdaşları rahatlıqla sülhməramlılara yaxınlaşa və qəflətən atəş aça bilirlər.

Nəzərinizə çatdıraq ki, son zamanlar sülhməramlıların əfqan əsgərlər və polis əməkdaşları tərəfindən öldürülməsi faktları artıb. Təkcə bu il, 30 belə fakt aşkarlanıb və nəticədə 51 sülhməramlı qətlə yetirilib.

Sadiq
AzNews.az