İlhamə Quliyeva: “Yaradıcılığa bir müddət ara verəcəm”

17 Sentyabr 2012 08:57 (UTC+04:00)


"Şükürlər olsun, əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Hər şey normaldır". Bunu AzNews.az-a Xalq artisti İlhamə Quliyeva dedi.

O bildirdi ki, ev şəraitində müalicəsi davam etsə də edilən dəvətləri qəbul edir: "Mənə çoxlu sayda dəvətlər gəlir. Elə yerlər var ki, ondan yan keçə bilmirəm. Gedirəm, iştirak edirəm. Amma yaradıcılığa bir müddət ara verəcəm. Bu, səhhətimin yaxşılaşması naminədir".

Bahar
AzNews.az