Avtomobil dəmir maneəyə çırpıldı: 1 yaralı

27 Sentyabr 2014 07:39 (UTC+04:00)


AzNews.az Regional TV-yə istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü, Bakı şəhəri, Ceyranbatan qəsəbə sakini Emin Hüseynovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil idarəetməni itirərək yolun ortasındakı dəmir maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sürücü Emin Hüseynov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda fakt araşdırılır.