Hava kəskin pisləşəcək - Xəbərdarlıq

28 Sentyabr 2014 10:59 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a ə bildiriblər ki, sentyabrın 29-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var.

Şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi proqnozıaşdırılır.

Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın temperaturu 5-10 dərəcə enəcək. Bəzi ərazilərdə yağış yağacaq, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-12, gündüz 17-20 dərəcə isti olacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə öncədən xəbərdarlıq edib.