Röyters: “İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri Suriyadadır”

17 Sentyabr 2012 10:09 (UTC+04:00)


Röyters xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya ərazisinə keçdiyini iddia edib. Agentliyin verdiyi xəbərə görə, onlar birbaşa döyüşlərdə iştirak etməsələr də, Əsəd qoşunlarının hazırlanmasında və digər hərbi texniki təchizat işində yaxından iştirak edirlər.

Bundan əlavə, agentlik məlumatın mənbəyini də açıqlayıb və qeyd edib ki, bu barədə məlumat onlara adının açıqlanmasını istəməyən hökumət qüvvələri rəhbərliyindən ötürülüb.

Mənbə Suriyada nə qədər iranlı əsgərin olduğunu açıqlamasada, bildirib ki, Suriyaya birbaşa hərbi müdaxilə edilərsə, onlar açıq döyüşlərə qoşulacaqlar.

Xatırladaq ki, Qərb KİV-lərində analoji iddialar əvvəllərdə səsləndirilmişdi.

Sadiq
AzNews.az