Krım tatarlarının liderinin həbs edilən oğlundan yeni xəbər

29 Sentyabr 2014 07:41 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı svoboda.ru saytı yayıb.
Mustafa Cəmilov Ukraynanın "Kanal 24"ə bildirib ki, Rusiyaya birləşdirilən Krımın yeni hakimiyyəti ona zərbə vurmaq istəyir.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Məhkəməsi Mustafa Cəmilovun sorğusuna cavab olaraq bildirmişdi ki, Rusiya hakimiyyəti onun oğlunu təcili azad etməlidir.
Mustafa Cəmilovun oğlu Hayser Cəmilov Ukrayna vətəndaşıdır. Rusiya hakimiyyəti onu qətldə və qanunsuz silah daşımada günahlandırır.

Aprel ayında Rusiyaya birləşdirilən Krımın yeni rəhbərliyi Mustafa Cəmilova vətəninə dönməsinə 5 illik əngəlləyib. Yeni hakimiyyət onu ekstemizmdə ittiham edir.
Krım-tatar Məclisinin rəhbəri Refat Cubarovun da Krıma qayıtmasına 5 illik qadağa qoyulub.