Azərbaycanlı müğənninin “Atəş”i - FOTOSESSİYA

17 Sentyabr 2012 10:19 (UTC+04:00)
Müğənni Roza Zərgərli pərəstişkarlarına növbəti sürpriz hazırlayıb. AzNews.az-ın məlumatına görə, müğənni Murad Arifin bəstəsi olan "Atəş" mahnısına klip çəkdirib. O, klipini rejissoru Fuad Əlişova həvalə edib.

"Düşünürəm ki, çox maraqlı klip alınıb. Mən hər bir işimə öz qəlbimi qoyuram. Kliplərini çəkdiyim ifaçılar gördüyüm işdən razıdırlar. Çox şadam ki, onlar mənim verdiyim tapşırıqları məmnuniyyətlə yerinə yetirirlər", - rejissor AzNews.az-a deyib.

R.Zərgəli qeyd edib ki, klipin təqdimatını oktyabr ayının əvvələrinə nəzərdə tutub.

Fuad Mədətov
AzNews.az