Moskva müsəlmanları “OMON”u "əzdi" - Qarşıdurma (VİDEO)

29 Sentyabr 2014 15:01 (UTC+04:00)


AzNews.az xəbər verir ki, məscidlərin birinin əməkdaşları "OMON" tərəfindən saxlanılan bir müsəlmanın avtobusdan düşürülməsi üçün onu mühasirəyə alıblar.

Avtobusun arxa qapısında dayanan "OMON"çunun suallara cavab vermədiyini görən sakinlər "Allahu Əkbər" deyə qışqırıblar. Nəticədə qarşıdurma yaranıb. Bir neçə nəfər avtobusun arxa qapısından içəri daxil olmağa cəhd göstərib. Və bu zaman vəziyyətin çıxılmaz olduğunu görən "OMON"çular saxlanılan müsəlmanı avtobusdan yerə düşürüblər. "Qələbə çalan" sakinlərin hay-küyü isə ətrafa yayılıb.



AzNews.az