Cavid Qurbanov Bakı-Sumqayıt yolunu bağladı - FOTOLAR

30 Sentyabr 2014 07:50 (UTC+04:00)

Belə ki, AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı-Sumqayıt yolunun bir hissəsində "giriş qadağandır" nişanı qoyulduğundan yolda dəhşət tıxac yaranıb. Həmin ərazidə heç bir təmir işi görülməsə də yolun bir hərəkət zolağına "Kamaz" markalı yük maşını qoyulub və bu da yolun digər hissəsində hərəkəti demək olar ki, məhdudlaşdırıb.

Yolda təmir işləri aparılmasa da, hərəkətin dayandırılması ilə bağlı Azəryolservis ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxladıq. ASC sözcüsü bildirdi ki, həmin istiqamətdə yol bağlanmayıb. Sadəcə olaraq həmin istiqamətdə hərəkət edən maşınlar qaydanı pozduğundan biz ora xüsusi lövhələr vurmuşuq.

"Orada iş gedir. Atıcılıq Kompleksinə yol çəkilir. Hələ ki, torpaq işləri görülürdü. Bu gün yağış yağır. Belə bir havada işləmək olmaz. Bu səbəbdən bu günlük iş dayandırılıb. Amma digər günlərdə iş gedir"-deyə Pünhan Mürsəliyev bildirib.

Gültəkin Ələsgər
AzNews.az