Elçibəyin oğlunun FHN-ə işə düzəlməsilə bağlı yeni - Xəbər

30 Sentyabr 2014 09:57 (UTC+04:00)
Bu barədə AzNews.az-a bəyin qayını Mirmöhsün Mahmudov bildirib. Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: "Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinə işə düzəlsə də, hələ işə başlamayıb. O, hələlik həmin qurumda kurs keçir. Kurs bitəndən sonra rəsmən işə başlayacaq. Amma hələ ki, hansı işə, vəzifəyə düzələcəyi məlum deyil".

Xatırladaq ki, bir müddət əvvəl Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılsa da, özü məlumatı təkzib etmişdi.

Gültəkin ƏLƏSGƏR
AzNews.az