“İnter“ - “Qarabağ“ matçının biletləri satışa çıxarıldı

30 Sentyabr 2014 10:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, biletlərin qiyməti 20 avrodur.

5 yaşadək uşaqlar üçün isə biletlər pulsuz olacaq.

Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı oktyabrın 2-də keçiriləcək.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "İnter"in qonağı olacaq "Qarabağ" oyuna ciddi şəkildə hazırlaşıb. Ağdam klubunun futbolçusu Qara Qarayev bu barədə məlumat verib: "İnter" haqqında nəsə danışmaq artıq olar. Dünyada sözünü demiş bir komandaya qarşı çıxış edəcəyik. Çətin olacağını bilirik, amma çəkinmirik. Bura biraz tez gəldik. Çünki, hava şəraiti və mühitə öyrəşmək xeyrimizə olacaq. Qrupdan çıxmağımıza gəlincə, bu barədə nəsə demək tezdir. Ən azı 3-4 oyundan sonra, hansısa fikir yürütmək olar".


AzNews.az