Vergilər Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunacaq
17 Sentyabr 2012 12:00 (UTC+04:00)
Azərbaycanda Vergilər Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə komitənin keçirilən iclasında bildirib.
O qeyd edib ki, dəyşikliklər əsasən əlavə dəyər vergisinin və iri şirkətlərdə vergi yükünün azaldılmasından ibarətdir. "Dəyişikliklərdə digər ciddi müddəalar da öz əksini tapıb", - Səmədzadə deyib.
Onun sözlərinə görə, hazırda məcələ üzərində Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən iş gedir və yaxın günlərdə Milli Məclisə təqdim olunması gözlənilir.
Ədil
AzNews.az