Rusiyaya qarşı sanksiyalar qüvvədə qaldı

30 Sentyabr 2014 19:18 (UTC+04:00)



AzNews.az xəbər verir ki, çərşənbə axşamı görüşən Aİ səfirləri qeyd ediblər ki, sentyabrın 5-də əldə olunan atəşkəs sazişindən sonra bəzi "müsbət hadisələr" baş verib.
Amma sazişin digər hissələri "düzgün həyata keçirilməlidir", - deyə sözçü Maja Kocijancic deyib.

Sanksiyalar yüksək rütbəli Rusiya rəsmilərini, ölkənin neft sektorunu, müdafiə şirkətlərini və bankları hədəfə alır.

Qərb hökumətləri və rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqindəki separatçıları silah və əsgərlərlə təmin etməkdə ittiham edir.

Rusiya bu ittihamları rədd edir. Aİ və ABŞ sanksiyaları mart ayında Rusiya Krımı ilhaq edəndən bəri qüvvədədir.

Apreldən Ukraynanın, Donetsk və Luqansk regionlarında ən azı 3200 adam həlak olub. Minlərlə adam münaqişəyə görə evini tərk etməli olub.

AzNews.az