“La Gazzetta dello Sport“ “Qarabağ“dan yazdı

30 Sentyabr 2014 19:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərlövhəsi "Qarabağ" - ruhlar şəhərinin komandası" olan yazıda klubun təsisçisinin Adil Nadirov olduğu bildirilib.

Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan italiyalı jurnalistlər klubun doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da "Xəzər"ə qarşı keçirdiyini, qalib gəldikləri həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu bildiriblər. Həmçinin orada Aslan Kərimovun "Qarabağ"da hamıdan çox - 150 matç keçirməsi, hazırkı kapitan Rəşad Sadıqovun Türkiyədə oynaması, futbolsuz qalan vaxt basketbol çempionatında özünü sınadığı da qeyd olunan məlumatlar sırasındadır.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliya nəhənglərindən olan "İnter"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

AzNews.az