Hökumət Evi ətrafında gərginlik - tıxac

1 Oktyabr 2014 07:34 (UTC+04:00)
Bir neçə saatdır ki, tıxacda qalan AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, Bakı-Sumqayıt yolu və paytaxtın bir sıra əsas küçə və prospektlərində hərəkət iflic olub.

Bakıxanov, Nobel prospekti və Hökumət Evinin ətrafındakı yollarda da artıq bir neçə saatdır ki, hərəkət dayanıb. İşə tələsənlər mənzil başına vaxtında çata bilmədiklərindən sürücülər arasında gərgin anlar yaşanıb.


Əsas yollarda işıqforların düz işləməməsi və hərəkətin yol polisləri tərəfindən tənzimlənməməsi eləcə də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin tablolarının düzgün informasiya verməməsi avtomobillərin sıxlığı ilə nəticələnib.





Gültəkin Ələsgər