“7 nəfər ailə üzvünü öldürən şəxs sakit və tərbiyəli adam olub” - Polis

1 Oktyabr 2014 09:00 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlama verən Göranboydakı dəhşətli qətlin baş verdiyi Safikürd kəndinin polis sahə rəisi, kapitan Elxan Fərəcov deyib.

Onun sözlərinə görə, Rafiq fəhlə işləyirmiş.

"Arvadıyla mübahisə edib, qadın gecə 1 radələrində atası evinə gedib. Ər onu qaytarmaq üçün qayınatasıgilə yollanıb, lakin qızın valideynləri ona "yox" cavabı verib. Bundan sonra Rafiq Hüseynov evə gəlib və beşaçılan silahla arvadının atası evinə hücum çəkib", - deyə sahə rəisi bildirib.

Qeyd edək ki, Goranboy rayonunun Safikürd kəndində baş verən dəhşətli qətl hadisəsinin qumbara ilə törədildiyi də ehtimal olunur. Hadisə nəticəsində 7 nəfər ölüb, 2-si isə yaralanıb.

Xəyal Əzizov