Marşrutlara hər gün 200-250 əlavə avtobus buraxılacaq - Açıqlama

1 Oktyabr 2014 09:48 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev yayıb.

Xəbərdə deyilir ki, paytaxtdan bölgələrə sərnişin axının artması nəzərə alınaraq "M-Trans" MMC-nin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün ehtiyat nəqliyyat vasitələri ayrılıb. Xəttə hər gün 200-250 əlavə avtobus buraxılması nəzərdə tutulur. Adi günlərdə 350-400 avtobusla 8-9 min sərnişin daşınırdı. Bayramla əlaqədar sərnişinlərin sayının 15 mindən çox olacağı gözlənilir ki, bu da gün ərzində bölgələrə 650-dək avtobusun yola salınmasını tələb edir", - deyə növbə rəisi vurğulayıb.

M.Abdullayev qeyd edib ki, təyin olunmuş qrafiklər üzrə bilet satışı 10 gün əvvəlcədən həyata keçiriləcək. Sərnişinlər, həmçinin internet vasitəsilə də bilet ala bilərlər. "Qiymət intizamına 8 nəfərdən ibarət komissiya nəzarət edəcək. Sərnişinlərə tövsiyə olunur ki, biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət etsinlər", - deyə növbə rəisi bildirib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar oktyabrın 2-dən 7-dək gücləndirilmiş iş rejiminə keçəcək.


AzNews.az