Şeyx toyun vaxtını dəyişdirdi – Məktub

1 Oktyabr 2014 10:56 (UTC+04:00)

Qafqaz Müsəlmanları idarəsindən AzNews.az-a verilən məlumata görə, Elçin Məmmədov yazdığı məktubda bu ilin oktyabr ayının 25-i tarixində şadlıq evlərinin birində övladım üçün toy mərasimi keçirməyi planlaşdırdığını və qeyd olunan tarixin Məhərrəmlik ayına düşüb-düşməməsi ilə bağlı şeyxdən münasibət öyrənib.

"Bu barədə mənə dəqiq məlumat lazım olduğundan və hərə bu barədə fərqli söz dediyinə görə birbaşa Sizi narahat etmək məcburiyyətindəyəm. Sizdən xahiş edirəm, 25 oktyabr 2014-cü il tarixinin toy mərasimi keçirmək üçün məsləhət olub-olmaması barədə bir məlumat verəsiniz".

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Hacı Allahşükür Paşazadə paytaxt sakininin cavabını gecikdirməyib. Şeyx ona müraciət edən Elçin Məmmədova toyun vaxtını dəyişməyi məsləhət görüb: "Allah Sizi və övladınızı xoşbəxt eləsin.
Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də 25 oktyabr 2014-ci il tarixində artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür".

AzNews.az