Nigar Yaqublu həbsdə qaldı
17 Sentyabr 2012 13:13 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Müsavat fəalının azadlığa buraxılması gözlənsə də, hakimlər qərarın dəyişdirilməməsi barədə qərar qəbul ediblər. N.Yaqublunun yaxınları bildiriblər ki, 3 gün müddətində müvafiq məsələ ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət ediləcək.
Xatırladaq ki, N.Yaqublu barəsində sentyabrın 11-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 283.2-ci maddəsi ilə ittiham olunur.
İlkin
AzNews.az